+994124936404

Loqotipli suvenir məhsulu

Kütləvi promoaksiyalar, sərgilər, malların və xidmətlərin təqdimatı, mətbuat tədbirləri...Sizin kompaniyanın hər dəfə ictimaiyyət qarşısına çıxması düşünülmüş senari, ciddi hazırlıq və biznes suvenirlərin təşkilini tələb edir.      Nəyə görə kompaniyalar suvenirlər sifariş edir? Korporativ hədiyyələrdən necə istifadə edilir? Reklam məhsullarının köməyilə hansı marketinq məsələləri həll edilir? Bu suallara cavab verməyə çalışaq.

Loqotipli suvenirlər marketinq kommunikasiyasının ən mühüm vasitələrindən biridir

Reklam suvenirləri kompaniyalara bazarda fərqlənmək və öz rəqiblərindən bir addım irəli keçməyə kömək edir. Mallar və    xidmətlər qeyri-adiliyi ilə seçilməsə belə, biznes-hədiyyələr brendə sifarişçinin nəzərində original və cəlbedici görünməyə imkan yaradır.Suvenir məhsulu loyallığın formalaşdırılmasına kömək edir. Hədiyyədən istifadə edən  istehlakçı brendin adına vərdiş edir və özünü böyük və mehriban ailənin bir üzvü kimi hiss etməyə başlayır.Müştərilər etibarlı və güvənli bir kompaniyanın malları və xidmətlərini əldə etdiyinə inanmaq istəyir. Loqotipli promo  suvenirlərdən istifadə biznesin etibarlılığını göstərir.

 

     

B2c-promoaksiyalarında suvenir məhsul

Satışın stimullaşdırılması üzrə aksiyalarda reklam suvenirlərinin rolunu qiymətləndirmək çətindir. Alışa görə hədiyyələr, toplanmış kuponlara və ya etiketlərə görə xüsusi prizlər, dequstasiya və yarmarkalarda kiçik hədiyyələr ən məhşur promo məhsullar- futbol köynəkləri, breloklar, çantalar, tutqaclar, yaddaş kartları, piknik dəstləri- ilə təmin olunur.  Məlumdur ki, promo tədbirlərində paylanılan loqotipli suvenirlər alıcı loyallığını artmasına və brendin tanınmasına kömək edir.Digər kütləvi tədbirlərdə də suvenirlərin təşkili səmərəli nəticə verir. İştirakçılar tədbirin və sizin brendin simvolikası olan geyimlər, qolbaqlar və asmalardan istifadə edərsə,  idman tədbirləri, kütləvi aksiyalar, konsertlər daha möhtəşəm və parlaq görüntü əldə edə bilər.

 

B2b-kommunikasiyalarda korporativ hədiyyələr

Sərgilər, konfranslar və prezentasiyalar üçün bisnes-suvenirlər çox zaman kompaniyanın və konkret bir tədbirin ümumi vəzifələri, o cümlədən iştirakçıların fərdi xüsusiyyətləri nəzərə alınaraq seçilir. Reklam məhsulu təkcə loqotip və şüar deyil, sərgi və ya konfransın məzmununa aid bir məlumatı da özündə əks etdirə bilər.

Dilerlər və distribyutorlar üçün tədbirlər loyallığın möhkəmləndirilməsi üçün ən gözəl vasitədir. Suvenir məhsul satıcıları komanda olaraq bir araya cəm olmağa və onları yeni qələbələrə həvəsləndirməyə imkan yaradacaqdır. Prizlər və biznes-suvenirlər hazırlayın, idman yarışlarının iştirakçıları üçün orijinal unifroma sifariş edin, master-klass və ya seminarlar üçün tədris materiallarını yaddaş kartlarına köçürün və beləliklə, bütün bu səylərinizin sonrakı aylarda satışın dinamikasına necə təsir göstərdiyinin şahidi olun.

 

Rəhbərlərə və menecerlərə personal hədiyyələr

Loqotipli suvenir məhsul rəhbərlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət göstərəcək. Kiçik hədiyyə danışıqlar zamanı "buzu əritməyə", qarşılıqlı faydalı əməkdaşlığa ümidvarlığı ifadə etməyə imkan yaradacaq. Kompaniyanın yubileyinə hədiyyə mövcud işgüzar münasibətlərinə verdiyiniz yüksək qiyməti nümayiş etdirəcək.VİP hədiyyələr ənənəvi biznes-suvenirlərə bənzəmir, belə ki, bunlar alıcının fərdi xüsusiyyətləri nəzərə alınaraq seçilir. Burada əsas məsələ funksionallıqdan daha çox bu hədiyyəni təqdim etmək və hədiyyənin seçimini əsaslandırmaq bacarığıdır.

 

Korporativ üslub: uniforma və aksesuarlar

Peklam məhsulu təkcə kompaniyanın imicini təmsil etməklə kifayətlənməyib, onun əməkdaşlarını özlərini kollektivin bir hissəsi kimi hiss etməsiinə yardım edir. Korporativ uniforma-futbol köynəkləri və ofis köynəkləri- vahid geyim üslubu yaradır. Sizin kompaniyanın loqotipni əks etdirən suvenir məhsul rahat iş məkanı formalaşdırır.Növbəti dəfə dəftərxana malları sifariş etmək istədikdə bunu unutmayın ki, üzərində korporativ rəngi olan gündəliklər, avtoqələmlər və yaddaş kartları əməkdaşların zövqünü oxşayacaq və müştərilərdə müsbət təəssürat oyadacaqdır.

 


HR-menecerə suvenir

Kadrlar üzrə hər bir mütəxəssis qarşıya qoyulmş vəzifələri uğurla icra edən, peşəkarlar kimi inkişaf edən və ümumi məqsədlər üçün çalışan əməkdaşlardan ibarət kollektiv arzusundadır. Korporativ hədiyyələr personalın qeyri-maddi stimullaşdırılması üçün ən təsirli vasitələrdən biridir. Mükafatlar və plaketlər rübün və ya ilin sonundakı göstəricilərə görə  yaxşıların yaxşısına təqdim oluna, kiçik suvenirlər kompaniyanın ad günü və ya peşə bayramını münasibətilə paylanıla, əyləncəli rəsmləri olan geyimlər isə korporativ bayramlarda uniforma kimi istifadə edilə bilər. Loqotipli suvenir məhsul əməkdaşlarının loyallığını yüksəldər və onları yeni nailiyyətlərə təşviq edər.

 

"Promoprint" biznes-suvenirlərin və işgüzar hədiyyələrin əsas tədarükçülərindən biri kimi

 Uzun illər işgüzar hədiyyələr bazarında liderliyi qoruyub saxlayan <> loqotipli suvenir və promo məhsulları tədarük edir. Bütün məhsullar reklam məlumatlarının və korporativ simvolikanın daşıyıcıları kimi dəfələrlə öz səmərəliliyini sübut etmişdir.